İtaliyanın “Yuvemtus” klubu Klublararası dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb.
Olimpnews.az xəbər verir ki, G qrupunda yer alan Turin təmsilçisi ilk oyunda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubunu 5:0 hesabı ilə məğlub edib. “Qoca sinyora”nın heyətində Randal Kolo Muani (11, 45+4), Françisko Konseisao (21, 58) və Kenan Yıldız (31) fərqlənib. Böyükhesablı qələbə sayəsində üç xal qazanan “Yuventus” G qrupunda liderliyə yüksəlib. İtaliya təmsilçisi ilə eyni xala malik olan “Mançester Siti” vurulan qollara görə ikinci pillədə qərarlaşıb.
Aktivində xalı olmayan “Vidad” və “Əl-Ayn” komandaları isə üçüncü, dördüncü yerləri bölüşürlər.
Qeyd edək ki, qrupda ikinci turun oyunları iyunun 22-23-də keçiriləcək.
Klublararası dünya çempionatında qrup mərhəlsinin ilk turuna yekun vuruldu
