Tennis üzrə beşqat Böyük Dəbilqə çempionu olan ispaniyalı Karlos Alkaras Britaniyanın GQ portalı tərəfindən ona ünvanlanan bir neçə qısa sualı cavablandırıb.
- "Real Madrid" tarixinin ən yaxşı futbolçusu kimdir?
- Əla sualdır. Bilmirəm... amma Kriştianu Ronaldo deməliyəm. Mən onun böyük fanatıyam.
- Hansı super qəhrəman olmaq istərdiniz?
- "Supermen". Məncə bu əla seçimdir.
- Ən çox sevdiyiniz ingilis yeməyi hansıdır?
- Balıq və çips.
- Qələbələri qeyd etmək üçün ən çox sevdiyiniz mahnı hansıdır?
- "Biz Çempionuq". Hesab edirəm ki, bundan gözəli olmayıb, bəlkə də olmayacaq.
- Tennisçi olmasaydınız, hansı idman növünü seçərdiniz: Formula 1, yoxsa futbol?
- Əlbəttə futbolu. Futbolçu olmaq imkanım məhdud olmayıb.