Ingiltərənin "Vulverhempton" klubunun yarımmüdafiəçisi Pablo Sarabya azad agent kimi komandadan ayrılıb.
Olimpnnews.az xəbər verir ki, 33 yaşlı ispaniyalı futbolçu gələcək karyerasını Qətər çempionatında davam etdirəcək. O, Qətərin "Əl-Ərəbi" klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sarabya 2023-cü ildən İngiltərə təmsilçisinin heyətində çıxış edirdi.