Madrid "Real"ının prezidenti Florentino Peres Klublararası dünya çempionatının geniş formatda keçirilməsini dəstəkləyir.
"Dünyanın ən yaxşı klublarının belə möhtəşəm yarışda iştirakını təmin etdiyi üçün FİFA və DAZN-a təşəkkür edirəm. Bu yarışın ənənəvi olacağına inanıram. Futbol dünyanın ən əsas idman növüdür. Bu çempionat televiziyada ödənişsiz yayımlanır. Bu o deməkdir ki, dünyanın hər yerində yaşayan uşaqlar "Real"ın oyunlarını izləyə bilirlər. Futbol böyük klubların birliyi və texnologiya sayəsində daha da irəli gedəcək”, - deyə DAZN Perezdən sitat gətirib.
Qeyd edək ki, ABŞ-da keçirilən klublararası dünya çempionatında 32 klub iştirak edir. İyunun 14-də başlayan turnir iyulun 13-də yekunlaşacaq.