Futbol üzrə Klublararası dünya çempionatının B qrupunda ikinci turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, Madrid "Atletiko"su ABŞ-ın "Sietl Saunders" klubu ilə üz-üzə gəlib. Oyun İspaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Madridlilərin heyətində Pablo Barrios (11, 55) və Aksel Vitsel (47) fərqlənib. ABŞ təmsilçisinin yeganə qolunun müəllifi isə 50-ci dəqiqədə Albert Rusnak olub.
Beləliklə, iki turdan sonra "Atletiko" klubu üç xalla üçüncü pillədə qərarlaşıb. Aktivində xalı olmayan "Sietl Saunders" isə sonuncu - dördüncüdür.
Klublararası dünya çempionatı: "Atletiko"dan inamlı qələbə
jpeg-1750402029.jpeg)