Türkiyənin "Fənərbağça" klubu PSV Eyndhovendə çıxış edən Yohan Bakayokonu transfer etmək istəyir.
Olimpnews.az Walfot-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu klubla gələn il başa çatacaq müqaviləsini uzatmaq istəmir.
Futbolçu ilə "Bayer Leverkuzen" və "Leyptsiq" komandaları da yaxından maraqlanır.
Qeyd edək ki, belçikalı futbolçu bu mövsüm Niderland təmsilçisinin heyətində çıxış etdiyi 47 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Fənərbağça"nın yeni transfer hədəfi
jpeg-1750448691.jpeg)