Futbol üzrə Klublararası dünya çempionatının C qrupunda ikinci turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, ilk turda Almaniyanın "Bayern Münhen" klubuna 10:0 hesabı ilə məğlub olan Yeni Zelandiyanın "Oklənd Siti" klubu bu dəfə Portuqaliyanın "Benfika" klubuna böyük hesabla uduzub.
Oyun avropalıların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Benfika"nın heyətində Anxel Di Mariya (45+8 p, 90+7 p), Vangis Pavlidis (54), Re auto Sançes (63), Leandro Barreiro (76, 78) fərqlənib.
Beləliklə, Klublararası dünya çempionatında ilk qələbəsini qazanana "Benfika" 4 xalla C qrupunda liderlik edir. Onlar bir oyun az keçirən "Bavariya"nı bir xal qabaqlayırlar.
Klublararası dünya çempionatı: "Benfika"dan böyükhesablı qələbə
jpeg-1750454802.jpeg)