"Milan" Caka transferi üçün razılığa gəldi 

"Milan" Caka transferi üçün razılığa gəldi 

İtaliyanın "Milan" klubu "Bayer Leverkuzen"in təcrübəli yarımmüdafiəçisi Qranit Caka ilə razılığa gəlib.
Olimpnews.az Calciomercato-ya istinadən xəbər verir ki, isveçrəli futbolçunun adı Türkiyənin  "Fənərbağça" və "Qalatasaray" klubları ilə də çəkilirdi. Lakin "Milan" klubu 4 milyon avro maaş və bonuslar da  daxil olmaqla futbolçu ilə üç illik müqavilə imzalamağa razılığa gəlib. 
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi cari mövsümdə Bundesliqada 34 oyun keçirib, 2 qol vurub və 7 qol ötürməsi ilə yadda qalıb.