Stolüstü tennisçilərimiz Polşaya yollanırlar

Stolüstü tennisçilərimiz Polşaya yollanırlar

Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının 10 oyunçusu böyük məşqçi Aleksandr Zudovun rəhbərliyi altında fevralın 8-dən 22-dək Polşanın Qdansk şəhərində təlim-məşq toplanışında iştirak edəcəklər. Yığma komandamız yeni baş məşqçi Leşek Kuxarskinin rəhbərliyi altında texniki, fiziki və taktiki hazırlıqlarını artıracaqlar.
Təlim-məşq toplanışı carı ilin aprelində Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.