"Leypsiq"in yeni baş məşqçisi məlum oldu 

"Leypsiq"in yeni baş məşqçisi məlum oldu 

Almaniyanın "Leypsiq" klubu rəsmi olaraq Ole Verneri yeni baş məşqçi  postuna təyin edib. 
Olimpnews.az onefootball.com-a istinadən xəbər verir ki, Bundestim təmsilçisi 37 yaşlı mütəxəssislə iki illik müqavilə imzalayıb.
Almaniyalı mütəxəssis bundan sonra "Leyptsiq"in uğurları üçün çalışacağına şad olduğunu bildirib. 
"Mən həqiqətən şadam ki, indi "Leypsiq"in baş məşqçisiyəm. Bu klubun böyük hədəfləri var və bu, məni inandıran və töhfə vermək istədiyim atmosferdir. Mən burada oyunçular və işçilərlə tanış olmaqdan məmnunam və hazırda komandamla işə başlamaq istərdim", - deyə İle Verner qeyd edib. 
Qeyd edək ki, mart ayında Mario Rozla yolları ayıran "Leypsiq"ə mövsümün sonuna qədər Jol Lion müvəqqəti olaraq məşqçilik edib.