Modriçdən sonra 10 nömrəyə namizəd var

Modriçdən sonra 10 nömrəyə namizəd var

Hazırda davam edən klublararası dünya çempionatından sonra "Real" yarımmüdafiəçi Luka Modriçlə vidalaşacaq. Nəticədə Modriçin səkkiz il geyindiyi 10 nömrə əlçatan olacaq.

Olimpnews.az "Marca”nın məlumatına istinadən xəbər verir ki, Kilian Mbappe həmin formaya əsas namizədlərdən sayılır. Lakin hücumçu hələ nömrənin dəyişdirilməsini istəmir.

Qeyd edək ki, Mbappe Fransa millisində bu nömrədə çıxış edir. “Monako”da eyni formanı geyinib.