"Milan"ın 17 yaşlı hücumçusu Françesko Kamarda “Leççe” ilə müqavilə imzalamağa yaxındır.
Olimpnews.az xəbər verir ki, o, komandada icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Kamarda “Milan”ın əsas heyətində 16 rəsmi oyun keçirib, rəqib qapısına yol tapa bilməyib. Nüfuzlu Transfermarkt portalının ekspertləri Françeskonu 10 milyon avro ilə qiymətləndirirlər.