Portuqaliyanın “Benfika” və Almaniyanın “Bayern Münhen” klubları ABŞ-da keçirilən Klublararası dünya çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıblar.
Olimpnews.az xəbər verir ki, eyni qrupda qərarlaşan komandaların üçüncü turdakı mübarizəsi Portuqaliya təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Oyunda vurulan yeganə qolun müəllifi 13-cü dəqiqədə fərqlənən Anderas Şyelderup olub. Beləliklə, bu nəticələrdən sonra 7 xal toplayan “Benfika” birinci, “Bayern Münhen” isə 6 xalla ikinci yeri tutaraq 1/8 finala yüksəlib.
"Benfika" və "Bayern Münhen" 1/8 finalda
