"Yuventus" türkiyəli futbolçu ilə müqaviləni uzadır

"Yuventus" türkiyəli futbolçu ilə müqaviləni uzadır

İtaliyanın "Yuventus" klubu türkiyəli futbolçu Kenan Yıldızla yeni müqavilə imzalayacaq. 

Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi 20 yaşlı futbolçu ilə mövcud müqaviləni 2030-cu ilə qədər uzadacaq. 

Yeni müqaviləyə əsasən futbolçunun gəliri illik 1.5 milyon avrodan 4 milyon avroya qədər artacaq.

Qeyd edək ki, türkiyəli gənc futbolçu ABŞ-da keçirilən klublararası dünya çempionatının qrup mərhələsinin ilk iki turunda üç qolla yadda qalıb.