"Mançester Yunayted" 39 yaşlı qapıçı ilə müqaviləni artırdı

"Mançester Yunayted" 39 yaşlı qapıçı ilə müqaviləni artırdı

"Mançester Yunayted" təcrübəli qapıçısı Tom Hitonla müqaviləni uzadıb.

Olimpnews.az xəbər verir ki, 39 yaşlı futbolçu 2026-cı ilin yayına kimi üçüncü qapıçı kimi klubda qalacaq.

Qeyd edək ki, o, “Mançester Yunayted” akademiyasının məzunudur.