“Real” - “Yuventus”: matçın biletləri neçədən başlayır?

“Real” - “Yuventus”: matçın biletləri neçədən başlayır?

ABŞ-da keçirilən klublararası dünya çempionatının qrup mərhələsi başa çatıb. Bu vaxta qədər oyunları orta hesabla 34746 nəfər tamaşacı arenalarda izləyib. FİFA-nın məlumatlarına əsasən, qrup mərhələsinin 48 oyununda ümumilikdə 1 667 819 tamaşaçı iştirak edib. Qeyd olunur ki, FİFA həmçinin biletlər üçün dinamik qiymət sistemindən istifadə edir. Bu o deməkdir ki, xərc müəyyən bir matça olan tələbdən asılıdır. Belə ki, Şarlottada keçiriləcək “Çelsi” – “Benfika” matçı üçün biletin minimum qiyməti 52 dollar təşkil edir. Orlandoda “Mançester Siti” – “Əl-Hilal” matçının qiyməti 85 dollardan, Mayamidə keçiriləcək “Real” – “Yuventus” oyununa isə biletlərin qiyməti 182 dollardan başlayır.