Haland 300-ə çatdı

Haland 300-ə çatdı

Norveçli hücumçu Erling Haland karyerasında 300 qol səddinə çatıb. 

Olimpnews.az xəbər verir ki, 24 yaşlı futbolçu buna ötən gün klublararası dünya çempionatının qrup mərhələsi çərçivəsində "Yuventus"la oyunda fərqlənməklə nail olub. O, qarşılaşmanın 52-ci dəqiqəsində fərqlənib. 

Qeyd edək ki, oyun "şəhərlilər"in 5:2 hesbalı qələbəsi ilə yekunlaşıb.