"Qara qartallar" çexiyalı futbolçu ilə razılığa gəldi

"Qara qartallar" çexiyalı futbolçu ilə razılığa gəldi

Türkiyənin "Beşiktaş" klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Olimpnews.az xəbər verir ki, "qara qartallar" 24 yaşlı çexiyalı cinah müdafiəçisi David Yuraseki icarəyə götürmək üçün "Benfika" klubu ilə razılıq əldə edib. Futbolçu özü də karyerasını Türkiyədə davam etdirmək təklifinə müsbət yanaşıb. 

D.Yurasekinin xidmətləri üçün Almaniya, İtaliya və Yunanıstan klubları da maraqlıdır.