ABŞ-da kçirilən futbol üzrə klublararası dünya çempionatının ilk 1/4 finalçısı müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, mərhələnin ilk oyununda Braziliyanın iki təmsilçisi - "Palmeyras" və "Botofoqo" klubları qarşılaşıb. Cənubi Amerikalıların duelində sevinən tərəf "Palmeyras" olub. Oyunun ilk 90 dəqiqəsində hesab açılmadığından qalibi müəyyən etmək üçün əlavə dəqiqələr oynanılıb. Burada "Palmeyras"ın yarımmüdafiəçisi Poulinyo dəqiq zərbə ilə fərqlənərək qələbə qolunun müəllifi olub.
Abel Ferreiranın komandasının rəqibi "Benfika" - "Çelsi" oyunundan sonra müəyyənləşəcək.
Klublararası dünya çempionatının ilk 1/4 finalçısı müəyyənləşdi
jpeg-1751148037.jpeg)