"Milan"dan yeni transfer 

"Milan"dan yeni transfer 

İtaliyanın "Milan" klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək istəyir. 
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi, "Torino"nun 23 yaşlı dayaq yarımmüdafiəçisi Samuele Ricci ilə maraqlanır. "Qırmızı-qaralar" italiyalı futbolçunun transferini 40 milyon avroya rəsmiləşdirmək üzrədir.