Münhenlilər Mayamiyə uçmaqda çətinlik çəkiblər

Münhenlilər Mayamiyə uçmaqda çətinlik çəkiblər

Münhen “Bayern”i bu gün “Flamenqo” ilə klublararası dünya çempionatının 1/8 final matçının keçiriləcəyi Mayami şəhərinə yollanmaqda çətinlik çəkib.

Olimpnews.az jurnalist Maksimilian Koxu sosial şəbəkələrdə verdiyi məlumata istinadən xəbər verir ki, Orlandoda isə göy gurultusu səbəbindən uçuş gecikib.

Qeyd edək ki, dünən fırtına xəbərdarlığı səbəbindən 1/8 finalın "Benfika" - "Çelsi" matçı (1:4) uzun müddət dayandırılıb.