Argentinada maliyyə problemi üzləşən "Atletik Bilbao"nun sabiq kapitanı İker Muniain 33 yaşında futbolçu karyerasını başa vurub.
Olimpnews.az xəbər verir ki, o, İspaniyanın beşinci liqasında çıxış edən "CD Derio" klubunda baş məşqçi kimi çalışacaq. İkerin məşqçi kimi yeni müqaviləsi iyulun ilk günündə qüvvəyə minəcək.
Qeyd edək ki, 2009-2024-cü illər ərzində o, “Atletik”də 560 oyun (76 qol) keçirib ki, bu da klubun mütləq tarixində üçüncü nəticə hesab olunur.