Niko “Barselona” ultimatum verib

Niko “Barselona” ultimatum verib

"Barselona" ilə müqavilə bağlayacağı iddia edilən "Atletik"in ispaniya millisinin vingeri Niko Uilyams mümkün transferdən əvvəl Kataloniya klubuna ultimatum verib.

Olimpnews.az “Marca” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu transfer olunacağı təqdirdə La Liqa matçlarına problemsiz qeydiyyatdan keçəcəyi ilə bağlı “Barselona”dan rəsmi təsdiq gözləyir. O, hemyerliləri - Dani Olmo və Pau Victor ilə keçən mövsüm baş verənlərin təkrarlanmasından narahatdır.

Qeyd edək ki, həmin futbolçuların qeydiyyatı maliyyə feyr-pleyi ilə bağlı məhdudiyyətlərə görə yubanmış, yalnız klubun İspaniya Ali İdman Şurasına (CSD) müraciətindən sonra mümkün olmuşdu.