Madrid "Real"ının braziliyalı hücumçusu Vinisius Junior klubla yeni müqavilə bağlayacaq.
Olimpnews.az “Marca”nın verdiyi məlumata istinadən xəbər verir görə, 24 yaşlı Vinisius klublararası dünya çempionatından sonra 2030-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacaq.
Qeyd edək ki, 2018-ci ildən "Real"da forma geyinən Vinisius ötən mövsüm bütün turnirlərdə 55 matçda iştirak edib, 22 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.