Son günlər klubdan göndərilməsi məsələsi gündəmdə olan "Barselona"nın qapıçısı Mark Andre ter Şteqenin kapitanlıq sarğısı əlindən alına bilər.
Olimpnews.az xəbər verir ki, 33 yaşlı almaniyalı qapıçı hətta gələn mövsüm klubda qalsa belə bu dəyişiklik baş tutacaq. Onun əvəzinə isə ən real namizəd mərkəz müdafiəçisi İniqo Martinezdir. Bu barədə son qərarı klubun baş məşqçisi Hansi Flik verəcək.