"Yuventus" serbiyalı hücumçu Duşan Vlahoviçi əsas heyətdən kənarlaşdırmaq istəyir.
Olimpnews.az xəbər verir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, 25 yaşlı forvard 2026-cı ilə qədər nəzərdə tutulan hazırkı müqaviləsini bitirmək, maaşını saxlamaq və "Qoca sinyora"dan azad agent kimi ayrılmaq niyyətindədir. Hazırda o, "Yuventus"da illik 7,5 milyon avro maaş alır. Müqaviləyə əsasən yeni mövsümdə maaş 12 milyon avroya yüksələcək. Bildirilir ki, Vlahoviç könüllü klubdan ayrılmasa, o əsas heyətdən kənarda qalacaq.