Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) DÇ-2026-nın oyunları zamanı fasilələrin 15 dəqiqədən 20 dəqiqəyə qədər artırılmasını irəli sürüb.
Olimpnews.az Reuters-ə istinadən xəbər verir ki, qurumun tibb direktoru Vinsent Qoutbarge su fasilələrinə (30 və 75-ci dəqiqələrdə) qarşı çıxıb, bu üsulu fizioloji baxımdan səmərəsiz adlandırıb. Bunun əvəzinə daha tez-tez, lakin daha qısa fasilələr tətbiq etməyi təklif olunub. Yəni hər 15 dəqiqədən bir futbolçulara istirahət verilməsi məqbul sayılıb. Məlumat üçün bldirək ki, DÇ-yə ev sahibliyi edcək 16 şəhərin doqquzunda isti hava və rütubət qaçılmazdır.