Klublararası dünya çempionatı: 1/4 finalın son iştirakçısı müəyyənləşdi

Klublararası dünya çempionatı: 1/4 finalın son iştirakçısı müəyyənləşdi

Klublararası dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanan sonuncu klubun adına aydınlqə gəlib.

Olimpnews.az xəbər verir ki, bu 1/8 finalda Meksikanın "Monterrey" klubuna 2:1 hesabı ilə qalib gələn Almaniyanın "Borussiya Dortmund" klubudur. 

Dortmundluların heyətində 14 və 24-cü dəqiqələrdə Serau Girassi fərqlənib. Meksika təmsilçisinin yeganə təsəlli qolunun müəllifi isə German Berterame olub. Beləiklə, minimal hesablı qələbə sayəsində adını 1/4 finala yazdıran Bundestim təmsilçisi bu mərhələdə Madrid "Real"ı ilə qarşılaşacaq.