Formula 1-də səs-küy yaradacaq transfer

Formula 1-də səs-küy yaradacaq transfer

Formula 1-də “Red Bull”un ulduz pilotu Maks Verstappen və “Mersedes” komandası arasında transferlə bağlı ciddi danışıqlar aparılır.

Olimpnews.az Sky Sports F1 İtalianın məlumatına istinadən xəbər verir ki,  “Red Bull”un niderlandlı ulduz pilotu Maks Verstappen 2025-ci il mövsümündən sonra “Mercedes”ə qoşulmağa hazırdır. Bununla bağlı tərəflər arasında danışıqlar davam etsə də, hər hansısa bir rəsmi razılaşma əldə olunmayıb. Bu mümkün transfer “Mersedes” cəbhəsində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. 2026 mövsümündə komandanın hazırkı iki pilotundan biri olan George Russell və Andrea Kimi Antonellinin gənc istedadı yerlərini itirə bilər. Hər iki pilotla müqavilə 2025-ci ilin sonunda başa çatacaq.