Formula 1-də mövsümün 11-ci mərhələsi olan Avstriya Qran Prisinin qalibi “Maklaren” komandasının böyük britaniyalı pilotu Lando Norris olub.
4,32 kilometrlik Red Bull Ring trasında təşkil olunan yarış 71 dövrə üzərində keçirilib. Yarışı 1 saat 23 dəqiqə 47.693 saniyə müddətində başa vuran Norris bu mövsümdə üçüncü qələbəsini əldə edib.
“Maklaren” komandasının avstraliyalı pilotu Oskar Piastri liderdən 2.695 saniyə geri qalaraq ikinci, “Ferrari” pilotu Şarl Lekler isə 19.820 saniyə fərqlə üçüncü yeri tutub.
Son dünya çempionu “Red Bull” pilotu Maks Verstappen isə ilk dövrədə Kimi Antonelli ilə toqquşduqdan sonra yarışı davam etdirə bilməyib və mübarizədən kənar qalıb.
Mövsümün 12-ci yarışı olan Böyük Britaniya Qran Prisi, iyulun 6-da keçiriləcək.
Avstriya Qran-prisinin qalibi Norris oldu
