"Cadillac" "Red Bull" pilotuna təklif göndərib

"Cadillac" "Red Bull" pilotuna təklif göndərib

"Red Bull" komandasının yaponiyalı pilotu Yuki Tsunoda 2026-cı ildə Formula 1 yarışlarına qoşulacaq Amerika "Cadillac"ına namizədlərdən sayılır. Racingnews365 saytının verdiyi məlumata görə, 2026-cı ildən Yuki Tsunodanın «Aston Martin»də yer alacağı ehtimalı xeyli azalıb. Bildirilir ki, "Cadillac"ın nümayəndələri Britaniya Qran Prisi zamanı Silverstouna gələcək və orada yarış komandasında yer almaq üçün bir neçə namizədlə danışıqlar aparacaqlar.

Qeyd edək ki, Britaniya Qran Prisi 4-6 iyul tarixində keçiriləcək.