Türkiyəli biznesmen Acun İlıcalının sahibi olduğu “Hall Siti” klubu ciddi maliyyə problemləri səbəbindən İngiltərə Futbol Liqası (EPL) tərəfindən transfer qadağası ilə üzləşib.
Olimpnews.az xəbər verir ki, komandanın 1 milyon funt sterlinq borcu yaranıb. Klub yalnız azad agent statusu daşıyan futbolçuları heyətinə cəlb edə bilər. Komanda rəhbərliyi bir ay müddətində borclarını ödəməyəcəyi təqdirdə üç mövsümlük transfer qadağası qüvvəyə minəcək.