İtaliya Futbol Federasiyası (FIGC) "Breşia" ilə bağlı yekun qərar qəbul edib.
Olimpnews.az xəbər verir ki, klub peşəkar liqalardan kənarlaşdırılıb və peşəkar komanda statusundan məhrum edilib. Bu o deməkdir ki, gələn mövsüm komanda hətta C seriyasında da oynaya bilməyəcək.
Qeyd edək ki, 1911-ci ildə əsası qoyulan «Breşia» son vaxtlar dərin böhran yaşayır. B seriyasından zirzəmiyə düşdükdən sonra sonra ciddi maliyyə problemləri komandanı zəiflədib. Klubun futbolçuları və işçiləri aylardır maaşlarını ala bilmirlər, kreditorlara ümumi borc isə 3 milyon avroya çatıb. Adı azarkeşlərlə ciddi münaqişələrdə hallanan komandanın sahibi Massimo Çellino isə borcları ödəməkdən imtina edib.