İngiltərənin "Çelsi" klubu klublararası dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, London təmsilçisi 1/4 finalda Braziliyanın "Palmeyras" klubuna qalib gəlib. Oyunda hesab 16-cı dəqiqədə açılıb. "Zadəganlar"ın futbolçusu Cole Palmer fərqlənib. Lakin 53-cü dəqiqədə cənubi amerikalılar hesabı bərabərləşdiriblər. Estevao Willian bərabərlik qolunun müəllifi olub. Oyunun 83-cü dəqiqəsində "Çelsi" Vevertonun avtaqolu sayəsində yenidən hesabda önə keçib. Beləliklə, oyunda 2:1 hesabı ilə qalib gələn London təmsilçisi yarımfinala vəsiqə əldə edib. "Zadəganlar"ın yarımfinaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna 2:1 hesabı ilə qalib gələn Braziliyanın "Fluminense" komandası olacaq.
Klublararası dünya çempionatı "Çelsi" yarımfinalda "Fluminense"yə rəqib oldu
