İyulun 5-də "Liverpul"un və Portuqaliya millisinin hücumçusu Dioqo Jota və "Penafiel"də çıxış edən qardaşı Andre Silvanın dəfn mərasimi keçirilib. Qondomar şəhərindəki qəbiristanlıqda mərhum futbolçuları “Liverpul” və Portuqaliya millisindəki komanda yoldaşları son mənzilə yola salıblar.
Qeyd edək ki, Ruben Neves və Joao Kanselo klublararası dünya çempionatının 1/4 finalında “Əl-Hilal”a qarşı keçirilən oyundan 24 saat keçməmiş ABŞ-dan Portuqaliyaya gəliblər.
Olimpnews.az saytı vida mərasimindən fotoları təqdim edir.