İngiltərənin "Mançester Yunayted" klubunun 5 futbolçusu komandanı tərk etmək istəyir.
Olimpnews.az italiyalı jurnalist və insayder Fabrizio Romanonun sosial şəbəkələrdə verdiyi məlumata istinadən xəbər verir ki, hücumçular Antoni, Qarnaço, Sanço, Reşford, eləcə də müdafiəçi Tyrell Malasia yeni mövsümü başqa klubda keçirmək istəyirlər.
Qeyd edək ki, Qarnaço istisna olmaqla, bütün bu futbolçular ötən mövsümü və ya ötən mövsümün ikinci hissəsini icarə əsasında müxtəlif klublarda keçirib.