London klubu yaponiyalı futbolçunu transfer edib

London klubu yaponiyalı futbolçunu transfer edib

Yaponiyanın "Kavasaki" klubunun və yığma komandanın müdafiəçisi Kota Takai karyerasını "Tottenhem" də davam etdirəcək. 

Olimpnews.az xəbər verir ki, London klubunun rəsmi saytında yer alan xəbərə görə, 20 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi müqavilə bağlanılıb. 

Qeyd edək ki, Takai Yaponiya çempionatında ötən mövsüm 22 oyun keçirib və 2 qol müəllifi olub.