"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Olimpnews.az xəbər verir ki, "Mankunianlılar" 26 yaşlı braziliyalı üçün Berqamao təmsilçisinə təklif göndərib. Hazırda "İnter" və "Yuventus"un da maraqlandığı "sambaçı" ötən mövsüm 48 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.