Futbol azarkeşləri 2014-cü ildə Brazilyada keçirilən dünya çempionatını hələ də xatırlayırlar.
Olimpnews.az xəbər verir ki, 11 il əvvəl 8 iyul tarixi braziliyalılar üçün kədərli, almanlar üçün üçün sevincli təqvim günü sayılır. DÇ-2014-ün yarımfinalında "sambaçılar" "bundestim" tərəfindən böyük hesablı məğlubiyyətə uğrayaraq, final uğrunda mübarizəni dayandırmışdılar - 1:7.
Bu qələbədən sonra Almaniya millisi növbəti dəfə dünya kubokunu başları üzərinə qaldırmışdılar. "Bundestim" Argentina yığmasına əlavə vaxtda (1:0) qalib gəlmişdilər. Braziliya yığması üçün yer uğrunda niderlandlı rəqibləri ilə bacarmamışdılar - 0:3.
Olimpnews.az saytı həmin anları əks etdirən foto şəkilləri təqdim edir.