Zədəli  dünya çempionu İtaliyanı tərk edə bilər

Zədəli  dünya çempionu İtaliyanı tərk edə bilər

"Roma"nın argentinalı yarımmüdafiəçisi Paulo Dibala İtaliyadan İngiltərəyə keçə bilər. 

Olimpnews.az "Il Romanista"nın məlumatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə "Liverpul" klubu maraqlanır. "Mersisaydlılar" artıq futbolçunun agenti ilə əlaqə saxlayıblar.

Məlumat üçün bildirək ki, Dibala bu ilin mart ayından etibarən zədə səbəbindən yaşıl meydanlara çıxmayıb. Ötən mövsüm argentinalı dünya çempionu 36 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə ilə diqqət çəkib.