Bu gün futbol üzrə klublararası dünya çempionatında yarımfinal mərhələsinə start veriləcək.
Olimpnews.az xəbər verir ki, mərhələnin ilk oyunu Braziliyanın "Fluminense" və İngiltərənin "Çelsi" klubları arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun Nyu-Cersidəki Metlayf stadionunda keçiriləcək. Oyunun baş hakimi fransalı Frankois Leteksier olacaq.
Qeyd edək ki, "Fluminense" 1/4 finalda Səudiyyə Ərəbistanının "Əl-Hilal", "Çelsi" isə Braziliyanın digər təmsilçisi "Palmeyras"a qalib gəlmişdi.
Klublararası dünya çempionatının yarımfinal həyəcanı: Braziliya və İngiltərə klublarının növbəti duelinə saatlar qaldı
