Klublararası dünya çempionatının ilk finalçısı "Çelsi" oldu

Klublararası dünya çempionatının ilk finalçısı "Çelsi" oldu

Futbol üzrə klublararası dünya çempionatında ilk finalçının adına aydınlıq gəlib. 
Olimpnews.az xəbər verir ki, finala vəsiqə uğrunda yarimfinalın ilk oyununda Braziliyanın "Fluminense" və İngiltərənin "Çelsi" klubları üz-üzə gəlib. Oyun London təmsilçisinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Nyu-Cersidəki Metlayf stadionunda keçirilən oyunda hesabı 18-ci dəqiqədə "zadəganlar"ın futbolçusu Joao Pedro açıb. Braziliyalı futbolçu matçın 56-cı dəqiqəsində özünün və komandasının ikinci qolunu vuraraq "Çelsi"nin 2:0 hesablı qələbəsini rəsmiləşdirib. 

Qeyd edək ki, İngiltərə təmsilçisinin finaldakı rəqibi bu gün keçiriləcək PSJ (Fransa) - "Real Madrid" (İspaniya) komandalarının oyunundan sonra müəyyənləşəcək. Final oyunu iyulun 13-də keçiriləcək.