Bu gün ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatının qalibinin adına aydınlıq gələcək.
Olimpnews.az xəbər verir ki, həlledici oyunda İngiltərənin "Çelsi" və Fransanın PSJ klubları iştirak edəcəklər. Nyu-Cersidəki "Metlayf" stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Oyunu avstriyalı baş hakim Alireza Fəqani idarə edəcək.
Qeyd edək ki, "Celsi" klubu yarımfinalda Braziliyanın "Fluminense" klubuna 2:0, PSJ isə İspaniyanın "Real" komandasına 4:0 hesabı ilə qalib gəlib.
Bu gün klublararası dünya çempionun qalibi müəyyənləşəcək
