“Qartallar” Avropa Liqasından kənarlaşdırılıb - UEFA

“Qartallar” Avropa Liqasından kənarlaşdırılıb - UEFA

İngiltərə Premyer Liqasında çıxış edən “Kristal Pelas” UEFA Avropa Liqasından kənarlaşdırılıb.

Olimpnews.az xəbər verir ki, bu barədə qərar UEFA tərəfindən verilib. “Qartallar” İngiltərə Kubokunu qazandıqdan sonra Avropanın ikinci dərəcəli klub turnirində çıxış etməli idilər. Lakin UEFA bir neçə kluba sahiblik qaydalarını pozduğuna görə komandanı bu yarışdan uzaqlaşdırıb. Belə ki, “John Textors Eagle Football Holdings” eyni vaxtda “Kristal Pelas” və “Lyon”a sahibdiR. Ötən mövsümün nəticələrinə əsasən hər iki komanda Avropa Liqasına yüksəlib. “Toxucular” “qartallara” nisbətən üstündür. Çünki onlar öz liqalarını daha yüksək pillədə bitiriblər.