Çili millisinin sol cinah müdafiəçisi Qabriel Suazo "Sevilya" klubunda çıxış edəcək.
Olimpnews.az Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, Suazo buna qədər Liqa 1-də, “Tuluza”da çıxış edib.