Döyüşün qalibi 15, uduzan 1 milyon dollar qazanacaq

Döyüşün qalibi 15, uduzan 1 milyon dollar qazanacaq

BKFC (Bare Knuckle Fighting Championship) təşkilatı 32 idmançının iştirak etdiyi Qran-prini elan edib.

Olimpnews.az xəbər verir ki, 2026-cı ilin martında başlayacaq turnirin mükafat fondu 25 milyon dollar təşkil edəcək. Qalib 15 milyon dollar, ikinci yerin sahibi isə 1 milyon dollar qazanacaq.

Bundan əlavə, təşkilat qadınlar arasında “The Baddest Bitch in the World” adlı analoji turnir təşkil etməyi planlaşdırdığını qeyd edib.