Futbol tarixinin ən məşhur baş məşqçilərindən olan niderlandlı mütəxəssis Lui van Qal xərçəng xəstəliyinə qalib gəlib.
Olimpnews.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.
"Artıq xərçəngdən əziyyət çəkmirəm. İki il əvvəl bir neçə əməliyyat keçirdim. İndi özümü yaxşı hiss edirəm".
Qeyd edək ki, niderlandlı mütəxəssis 2022-ci ildən prostat vəzi xərçəngindən əziyyət çəkirdi.