Yay transfer pəncərəsində transferlərə ən çox pul xərcləyən klublar müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, hazırda siyahıya İngiltərənin "Çelsi" klubu başçılıq edir. Londonlular bu günə qədər transferlər 244 milyon avro xərcləyib. İkinci pillədə 214 milyon avro ilə İngiltərənin digər təmsilçisi "Liverpul" qərarlaşıb. "Tottenham" 141 milyon avro ilə üçüncüdür. "Mançester Siti" 131 milyon, "Real Madrid" isə 118 milyon avro ilə 4-5-ci yerləri bölüşür.
Yay transfer pəncərəsində ən çox pul xərcləyən klublar müəyyənləşdi
