Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv Özbəkistan millisinə rəhbərlik edə bilər.
Artıq ölkə Futbol Assosiasiyası almaniyalı mütəxəssislə danışıqlar aparır.
Olimpnews.az Championat.asia portalına istinadən xəbər verir ki, o, hazırkı baş məşqçi Timur Kapadzeni əvəz edəcək.
Xatırladaq ki, daha əvvəl özbəklər 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının final hissəsinə vəsiqə qazanıblar.
Almaniyalı məşqçi ilə danışıqlar müsbət nəticələnib
jpeg-1752436135.jpeg)