Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç "Milan"la müqavilə imzalayacaq.
Olimpnews.az jurnalist Canluka Di Marzionun sözlərinə istinadən xəbər verir ki, "Milan" klubu 39 yaşlı xorvatiyalı futbolçu ilə iyulun 14-də müqaviləsini rəsmiləşdirəcək.
Qeyd edək ki, Modriç ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 62 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.